Avstraliyada ən bahalı məhkəmə baş tutub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşına xəyanət edən ər məhkəməyə çıxarılıb.  Belə ki, o, xəyanətə görə qadına 180 milyon dollar dəyərində təzminat ödəyəcək. Bununla yanaşı, məhkəmə kişinin bir neçə daşınmaz əmlakını qadının adına keçirilməsi barədə qərar verib. 

"İndi qadın biri xaricdəki əsas iqamətgahı olan və dəyəri 10 milyon dollardan çox olan üç mənzilə sahiblik edəcək", - deyə KİV-lərin birində qeyd olunub. 

Hüquqi səbəblərə görə adlarını açıqlanmayan cütlük 20 ildən çox evli olublar. Kişi qadına 2007-ci ildən bəri xəyanət etməyə başlayıb. Bundan illər sonra xəbər tutan qadın onu məhkəməyə verib. 

Seymur Əli