Yol polisinə tabe olmayan sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Bunu "Unikal"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib.

O qeyd edib ki, "Porsche" markalı, 77-AN-705 nəqliyyat vasitəsi saxlanılıb və mühafizə olunan duracağa yerləşdirilib.

*** 17:42

Bakıda sürücü yol polisinə tabe olmayıb.

"Unikal"ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, "Porsche Cayenne" markalı avtomobilə "saxla" əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 

O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

Murad İbrahimli
 


@unikal.az Bakıda sürücü yol polisinə tabe olmayıb. "Unikal"ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, "Porsche Cayenne" markalı avtomobilə "saxla" əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb.  O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.#unikal #kesfetteyizzz #dyp ♬ News - AShamaluevMusic