Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığı dərc edib.

“Regionumuzda baş verən son hadisələrlə əlaqədar Livandakı vətəndaşlarımıza ehtiyatlı olmaları, lazım olmadıqca Nəbatiyyə, Cənubi Livan, Bekaa və Baalbek-Hirmil vilayətlərinə getməmələri tövsiyə olunur”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.