Türkiyənin Aksaray bölgəsində qəbiristanlıqda baş verən hadisə gündəm mövzusu olub.  

"Unikal" xəbər verir ki, Aliaddin Y. adlı kişi ölən həmyerlisinin məzarını açaraq, onun meyitini yandırmaq istəyib. 

Belə ki, Abdullah Köse Aliaddin Y.-yə 400 min TL ( 20 840 AZN)  borcu var imiş. O, borcunu ödəyə bilmədiyi üçün ov tüfəngi ilə intihar edib. Günlər sonra Aliaddin borclusunun məzarı üstünə gələrək, sosial media hesabında canlı yayım açıb. Və yayım zamanı o, məzarı qazıb və  meyiti çölə çıxarıb. 

"Qaçmaq o qədər də asan deyil, səni yerin altında yandıracağam",- deyə kişi meyitini yandırmağa cəhd edib. Bu zaman polis qrupları hadisə yerinə gəlib,insidentin qarşısını alıb. 

 Zərifə Nağıyeva