Bakıda 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur.

"Unikal" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA paytaxtda avtobus dayanacaq pavilyonlarının quraşdırılmasını və yenilənməsini davam etdirir. Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır. Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır", - deyə məlumatda qeyd olunub.