Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adəm yeni vəzifə alıb.

"Unikal" xəbər verir ki, o, Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratoru təyin olunub. 

Kadırov bu barədə "Telegram" kanalında məlumat paylaşıb. Siyasətçi oğlunun üzərinə düşən vəzifələrin öhdəsindən “əla” gələcəyinə əmin olduğunu ifadə edib. 

Seymur Əli