Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

***13:55

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

***

12:45

Xəbər verdiyimiz kimi, bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə "Unikal"a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

***

12:22

Qazax rayonunda mina hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı rayon ərazisində minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Murad İbrahimli