Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Ukraynadakı vəziyyəti müzakirə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar zamanı Ukraynada baş verən hadisələrə qiymət verilib.

Fidan və Blinken Qəzza zolağındakı vəziyyət barədə də danışıb, ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

*** 15:24

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN “X” hesabında paylaşıb.

Görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.