Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş tutan XIV Avrasiya İqtisadi Gənclər Forumunda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbəsi Luiza Timurovna Maisuradze təmsil edib.

"Unikal" xəbər verirki, ATMU tələbəsi “Ərazilərin rəqabətqabiliyyətliliyi” adlı beynəlxalq müsabiqədə “Makroiqtisadiyyat” sahəsində araşdırmasına görə  2-ci yeri tutub. 

Qeyd edək ki, IV Avrasiya İqtisadi Gənclər Forumunda diplomatik korpusun nümayəndələri, elm xadimləri, müxtəlif ölkələrin ali məktəb rəhbərləri, tələbələr, müəllimlər, KİV və biznes nümayəndələri iştirak ediblər.