ABŞ-də məhkəmə dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"nin qurucusu Çanqpenq Zaoya 4 ay həbs cəzası verib.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Prokurorlar onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, qərar dəyişdirilmədən saxlanılıb. 

İttihamnamədə bildirilir ki, Zao cinayətkarlara öz platformasında çirkli pulların yuyulmasına icazə verib.

O, noyabr ayında "Binance"nin rəhbəri vəzifəsindən istefa verib. 

İş adamı həmçinin 50 milyon dollar cərimə ödəməyə razılaşıb və şirkət ABŞ hakimiyyətinə 4,3 milyard dollar ödəməlidir. "Forbes"in məlumatına görə, Çanqpenq Zaonun sərvəti 33 milyard dollardır.

Ağarza Elçinoğlu