Qəzza zolağında ölən fələstinlilərin sayı 34 568 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin sayı 77 765 nəfərdir.

Son 24 saat ərzində 33 nəfərin meyiti Qəzzadakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.