Nizami Rayonu, R.Rüstəmov küçəsi 24 ünvanında yerləşən “Qismət-M House” MMC (Premium Park Neftçilər) icra hakimiyyətindən icazə almadan yaşıllıqları məhv etdiyi üçün İnzibati Xətalar Məcəlləsi ilə cərimələnə bilər.

“Unikal”ın məlumatına görə, Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci (Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması- icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə) maddəsi ilə araşdırma aparılacaq. 

Qeyd edək ki, bu maddə ilə hüquqi şəxslər 3 min manat cərimə edilir. 

MMC "Premium Park Neftçilər" adı altında "Neftçilər" metrostansiyasının yaxınlığında yaşayış kompleksi inşa edir.

Azər İsrafilov