Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Unikal" xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Eyni saatda Belçika “Brügge”si İtaliyada “Fiorentina”nın qonağı olacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları mayın 8-9-da baş tutacaq.