Mingəçevirdə yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, yol qəzası zamanı maşınlardan biri su kanalına düşüb. 

Hadisə Mingəçevir şəhəri, Samux küçəsi yaxınlığında baş verib.

"Niva" markalı maşınla toqquşan "Vaz" markalı digər minik avtomobili idarəetmədən çıxaraq yol qırağındakı kanala düşüb.

Qəza zamanı yüngül yaralanan iki nəfər - 1988-ci il təvəllüdlü Kərimov Əvəz Yunis oğlu, 2005-ci il təvəllüdlü Məmmədov Toğrul İsrafil oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov