Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçası nəzarətə götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Məlumatda deyilir:
"Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıyıq.
Hal-hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".