Astara rayonunda bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərindən Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.