Mayın 5-i prokurorluq əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu - 2024”də iştirak edib. 

"Unikal" xəbər verir ki, 2016-cı ildən təşkil olunan və “Küləyə qalib gəl” şüarı altında keçirilən sayca 7-ci Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.