İstanbulda avtomobil hərəkətdə olan motosikleti vurub.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, ana qarşısında motosiklet sürən oğlunu arxadan vurub.

Qəzanı görən başqa bir gənc oğlana yaxınlaşaraq ona kömək etmək istəyib. Bu zaman qəzanı törədənin oğlanın anası olduğunu öyrənincə qəhqəhəyə boğulub.

Ona təhlükəsizlik tədbiri ilə bağlı məsləhət verdikdən sonra isə yoluna davam edib.