Astroloqlar 6 may 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Səbirsiz münasibətiniz bu gün səhv qərarlar verməyinizə səbəb ola bilər. Əhəmiyyətli qərarlar qəbul edərkən məsələləri sakitcə ölçüb-biçmək daha düzgün olardı. Əgər baş ağrınız və ya təzyiq probleminiz varsa, bu gün problem yaşaya bilərsiniz. Bir az rahatlamağa ehtiyacınız var.

Buğa:
Həyatınızı qaydasına salmağa çalışarkən baş verən uğursuzluqlar sizi narahat edə bilər. Problemləri həll edərək irəliləyin, çünki görməzlikdən gəldiyiniz məsələlər gələcəkdə yenidən ortaya çıxacaq. Yığılmış işinizə yavaş-yavaş həll edin. Özünüzü daha dinc hiss edəcəksiniz.

Əkizlər:
Gələcəyinizi formalaşdırmaq üçün mühüm addımlar atacağınız gündür. Dost çevrənizdən dəstək ala bilərsiniz. Tələsik hərəkət etməməyə çalışın. Düşüncəli davrandığınız zaman hadisələrin müxtəlif tərəflərini görə biləcəksiniz. 

Xərçəng:
Bu gün yaxınlarınızın problemləri ilə məşğul olacaq və gözlənilməz gündəmlərlə qarşılaşacaqsınız. Səlahiyyətli şəxslərlə toqquşmamaq üçün diqqətli olun. Həssaslıqlarınızı sakit bir dillə ifadə etməyə çalışın. Sakit qala bilmirsinizsə, geri çəkilin.

Şir:
Bu gün uzun müddətdir gözlədiyiniz təsdiqi almaq mümkündür. Yaradıcılığınız və özünüzə inamınız təqdirəlayiqdir. Yeni başlanğıclar üçün çox münasib gündür. Özünüzü pozitiv və enerjili hissedəcəksiniz. Bu gündən maksimum yararlanın.

Qız:
Bu gün özünüzü bir az əsəbi hiss edə bilərsiniz. Tədbirləri istədiyiniz kimi dəyişdirmək və təşkil etmək səyləriniz nəticə verməyə bilər. Hər şeyi qaydasına salmaq istəyirsiniz, amma işlərin gedişatından razı deyilsiniz. Qəbul etməyi öyrənməlisiniz.

Tərəzi:
Haqlı olduğunuzu sübut etməyə çalışarkən özünüzü çox yorursunuz. İçinizdə yığılan qəzəbiniz gözlənilməz yerlərdə ortaya çıxa bilər. Dəqiq və aydın olun. Nə istədiyinizi aydın şəkildə izah edin. Əks halda, haqlı olduğunuz halda səhv anlaşıla bilərsiniz.

Əqrəb:
Bu gün sağlamlıq məsələlərində gözlənilməz irəliləyişlərlə qarşılaşa bilərsiniz. Yeni bir başlanğıc etməli və özünüzə vaxt ayıra biləcəyiniz fəaliyyətlər planlaşdırmalısınız. Baş ağrıları, miqren və ya qan təzyiqi kimi problemlər gündəmdə ola bilər.

Oxatan:
Bu gün cəsarət tələb edən məsələlərdə təşəbbüs göstərmək üçün əlverişli gündür. Tuta bilməyəcəyiniz vədlər verməyin. Özünüzü bir məqsədə cəmləyin. Nə qədər realist olsanız, hədəflərinizə çatmaq şansınız bir o qədər çox olar.

Oğlaq:
Mübarizədə olduğunuz bir gün ola bilər. Bu gün ətrafınızdakılara təlqin etmək istədiyiniz ideyalar üçün kifayət qədər özünüzə inamınız var. Məsələlərə yaxınlaşmaq üslubunuza diqqət yetirin. Aydın ifadələrdən istifadə edin. İtirməkdən qorxmayın. Bu yolla daha çox hörmət qazanacaqsınız.

Dolça:
Şəxsi həyatınızda yeni başlanğıcların və yaxşı inkişafın baş verə biləcəyi gündür. Ətrafınızdakı insanlara təsir edirsiniz. Gələcəyinizi formalaşdıracaq addımlar atmaq üçün çox münasib gün hesab oluna bilər. Özünüzə güvənməkdə haqlısınız.

Balıqlar:
Bu gün hadisələrlə dolu gün ola bilər. Məqsədlərinizlə bağlı ruhlandığınızı hiss edirsiniz. Gəlirləriniz arta bilər. Sağlamlığınıza xüsusilə diqqət etməlisiniz, sağlamlığınızın qeydinə qaldığınız zaman özünüzü daha dinc hiss edəcəksiniz.

Zərifə Nağıyeva