Braziliyanın cənubu fəlakətli daşqınlara məruz qalıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 175-ə nəfərə çatıb. 105 nəfər isə itkin düşüb. 

Rio Qrande-du-Sul ştatının qubernatoru Eduardo Leitenin sözlərinə görə, dağılmış əraziləri bərpa etmək üçün Marşal planına ehtiyac olacaq.