Fransa səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi məlum olub.

Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, səfir Parisin təxribatçı bəyanatları və Ukraynadakı müharibədə artan iştirakı ilə əlaqədar çağırılıb.

Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.