Qusarda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.  Yaxınlarınin verdiyi məlumata görə, Sevda Bədəlova 5 aylıq hamilə imiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.