Naməlum şəxs Berlin hökumətinin İqtisadiyyat naziri, SPD üzvü Fransiska Giffaya hücum edib.

 "Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Hadisə Neukölln bölgəsində baş verib.  

Hücum edən şəxs məmurun başına və boynuna ağır çanta ilə arxadan zərbə endirib. Giffay xəstəxanaya getməli olub. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Gülayə Mecid