ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn Ermənistan parlamentinin müxalifət nümayəndələri ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Səfir Kvinn bu gün parlament müxalifətinin nümayəndələri ilə görüşüb, geniş spektrli məsələləri, o cümlədən ABŞ-nin Ermənistanda demokratiyanın inkişafına, insan haqlarına və sülh prosesinə göstərdiyi yardımı dinləmək və müzakirə etmək üçün görüşüb”, - bəyanatda deyilir.

Səfir İrəvan və Bakı arasında delimitasiya ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıb.