"Rusiyanın regionda mövqeyi xeyli zəifləyib, lakin onun Cənubi Qafqazdan getdiyini söyləmək hələ tezdir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

"Baş verənlər onlar üçün siqnal olmalıdır, çünki onlar Cənubi Qafqazı itirsələr, öz ərazilərinin qapılarını açacaqlar. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması hətta bəzi Rusiya dairələri üçün də sürpriz olub. Düşünürəm ki, bu, çox sürətli qərarın nəticəsi idi", - deyə keçmiş XİN rəhbəri bildirib.