Rusyada saxlanılan amerikalı hərbçi Qordon Bleki 5 ilə qədər həbs cəzası gözləyir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı amerikalı Vladivostok sakini olan sevgilisinin evindən pul oğurlamaqda şübhəli bilinir.

Onlar Koreya Respublikasında tanış olduqdan sonra münasibətə başlayıblar və Rusiyaya gəliblər. 

Aralarında yaranmış münaqişədən sonra rusiyalı qadın polisə müraciət edərək hərbçi sevgilisinin onun pulunu oğurladığını iddia edib.