Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi Umar Daudov özünün Telegram kanalında Kadırovun "Toyota Land Cruiser" avtomobilini çəkməsi ilə bağlı video yayımlayıb.

"Unikal" xəbər verir ki, Daudov Çeçenistan rəhbərinin səhhətinin pisləşməsi ilə bağlı iddialara "İt hürər, karvan keçər" məsəli ilə cavab verib.

Qeyd edək ki, ötən ay Ramzan Kadırovun ağır xəstəliyi ilə bağlı məlumatlar yayılmışdı. 

Nuranə Abbasova