Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 13-dən 18-dək Azərbaycanda 3 ölkənin iştirakı ilə təbii fəlakətlər zamanı axtarış-xilasetmə əməliyyatları ilə təlimlər baş tutacaq.