Ermənistan hakimiyyəti Baqrat Qalstanyanın dövlət əleyhinə addımları və mümkün hərəkətləri barədə açıq şəkildə məlumatlandırılıb.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” (“Armenian Times”) qəzeti yazıb. 

"Bizdə olan məlumata görə, hüquq-mühafizə sistemi bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq”, - qəzet qeyd edib.