Aprel ayında Banqladeşdə ildırım vurması nəticəsində ölənlərin sayı açıqlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeş səlahiyyətliləri aprel ayında ildırım vurması nəticəsində  35-i fermer olmaqla ümumilikdə 74 nəfərin həyatını itirdiyini bildirib.  

Səlahiyyətlilər vətəndaşları ildırım vurmasından qorunmaq üçün məlumatlandırıb və xəbərdarlıq ediblər.