Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun iyulun 12-13-də keçiriləcək sammiti ilə əlaqədar bu ilin iyulunda ABŞ-yə səfər edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda 39-cu Amerika-Türkiyə Şurasının sessiyasında çıxışı zamanı deyib.

"Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb", - diplomat deyib. 

O, həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Xatırladaq ki, Ərdoğanın ABŞ-yə səfəri əvvəlcə mayın əvvəlinə planlaşdırılırdı.

Ağarza Elçinoğlu