Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

"Unikal" xəbər verir ki, universitetin əməkdaşları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.