Bu dəqiqə etirazlar Ermənistanın paytaxtına da sirayət edib. İrəvanın mərkəzində müxalifət nümayəndələri yolları skamyalar və zibil qutuları ilə bağlayıb. 

 "Unikal" xəbər verir ki, nümayişçilər şəhərin bir neçə yerində yürüş təşkil ediblər. Aksiya iştirakçıları baş nazir Paşinyanın istefasını tələb edirlər. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının mitinqi dağıtmaq cəhdləri baş tutmayıb və nəticədə kütləvi həbslər başlayıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 150-dən çox adam saxlanılıb. 

***12:16

İrəvanda dinc itaətsizlik aksiyaları zamanı 177 nəfəru nəzarətə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərə açıqlamasında deyib. 

Qeyd edək ki, bundan əvvəl Polis 151 nəfərin saxlanıldığını bildirmişdi.

***10:19

İrəvanda səhər saatlarında etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

***09:12

Arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

"Unikal" xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla barrikadalar qurublar. 

Polis qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. 

***08:49

Ermənistanda mövcud hakimiyyətə müxalif təşkilatların tərəfdarları baş nazir Nikol Paşinyanın istefasını tələb edərək İrəvan küçələrini bağlamağa başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Gülayə Mecid