Qəzza zolağında BMT-nin əməkdaşı ölüb.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

Bildirilib ki, təşkilatın əməkdaşları olan avtomobil vurulub və nəticədə bir nəfər ölüb, bir nəfər də yaralanıb.

Hadisə ilə bağlı Baş katib Antonio Quttereş kədərləndiyini bildirib.