Artıq çəki 30-dan çox xərçəng növünə səbəb ola bilər. Alimlər xəstəliyin 40 faizində piylənmə ilə xərçəng arasında əlaqə tapıblar.

"Unikal" xəbər verir ki, 4,1 milyon iştirakçının sağlamlıq vəziyyətini təhlil edən genişmiqyaslı araşdırmanın nəticələri "The Telegraph" nəşrində dərc olunub. 

Bildirilir ki,  müşahidə dövründə elm adamları təxminən 333 min xərçəng hadisəsini aşkar ediblər və onların 40% -i artıq çəki ilə əlaqəli olub. 

"Bu araşdırmanın nəticələri ictimai sağlamlıq üçün vacibdir. Müəyyən edilmişdir ki, piylənmə xərçəng hallarının 25%-i ilə əlaqələndirilir, lakin xərçənglə əlaqəli potensial xəstəliklər nəzərə alındıqda bu cəmi 40%-ə qədər yüksəlir. Bu o deməkdir ki, normal bədən çəkisini saxlamaqla xərçəngə yoluxma hallarının əhəmiyyətli bir hissəsinin qarşısını almaq olar”, - alimlər qeyd ediblər. 

İlkin beynəlxalq araşdırma, piylənmə ilə əlaqəli 13 növ xərçəng aşkar edib. Söhbət xüsusilə bağırsaq, döş, uşaqlıq və böyrək xərçəngindən gedir.

Və bu işdə alimlər iddia edirlər ki, bu cür xərçəng növlərinin sayı 32 ada çatır və bunlara daxildir:

- bədxassəli melanoma,

- mədə, kiçik bağırsaq və hipofiz vəzinin şişləri,

 Yeni bir araşdırma göstərir ki, kişilərdə bədən kütləsi indeksinin (BMI) beş ballıq artması bu xərçəng riskini 24%, qadınlarda isə 12% artırır. Tədqiqatın müəllifləri hesab edirlər ki, piylənmənin xərçəngə təsiri əvvəllər düşünüldüyündən daha çox ola bilər.

Böyük Britaniyanın Səhiyyə Naziri Viktoriya Atkins qeyd edib ki, yaxşı qidalanma, müntəzəm məşq və siqaretdən imtinanın seçilməsi ömür müddətini uzada bilər və insanlığı daha sağlam edə bilər.

Gülayə Mecid