Erməni iş adamı Lyova Martirosyan Moskvada Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsova rüşvət verdiyinə görə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

İstintaqın məlumatına görə, Martirosyan Kuznetsovla şəxsən tanış olub və ona rüşvət verib. Moskva məhkəməsi Martirosyanı iyulun 12-dək istintaq təcridxanasına göndərib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci bəndi (külli miqdarda rüşvət vermə ilə ittiham olunur.

Martirosyan 2016-cı ildən hotel biznesi və pərakəndə ticarətlə məşğul olan iş adamıdır: "Məhkəmə tərəfindən istintaq təcridxanasına göndərilmiş Lyova Alberti Martirosyan 2016-cı ildən fərdi sahibkardır, müəssisələrdə yeməkxana və bufet işlədir, mehmanxanalar və digər müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir". 

Xatırladaq ki, dünən Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilindiyi üçün həbs edilib. 

Şübhəlinin faktiki yaşayış yeri və qeydiyyat yerində axtarış aparılıb, 100 milyon rubldan çox rubl və xarici valyuta, həmçinin qızıl, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilərək götürülüb. Məhkəmə Kuznetsov barəsində həbs qətimkan tədbiri seçib.

Ağarza Elçinoğlu