Ermənistan parlamentinin keçmiş deputatı Araqats Axoyan həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Aparılmış cinayət işi çərçivəsində eks-deputat tərəfindən özgənin əmlakını külli miqdarda mənimsəmə ilə bağlı bir neçə fakt aşkar edilib.
Axoyan 2010-2014-cü illərdə 6 nəfər arasında İrəvanda tikilməkdə olan yaşayış binasının inşaatçısı və mülkiyyətçisi, iki MMC-nin təsisçi direktoru olub. Bu müddət ərzində o, mənzillərin və parkinq yerlərinin alınması müqabilində ümumilikdə 274.712.000 dram, mənzilin təmiri üçün 6.800 ABŞ dolları alıb. Lakin sonradan qeyd olunan məbləğləri oğurladıqdan sonra öz ehtiyacları üçün idarə edib.
Didər bir mənzil satışı işində o, 2010-2011-ci illərdə avans olaraq 34.000 ABŞ dolları alıb. Ancaq 2015-ci ilə qədər müxtəlif səbəblərdən vətəndaşın qeyd olunan mənzilə mülkiyyət hüququnu qeydə almayıb və həmin mənzili yenidən başqa şəxsə satıb.
2024-cü il mayın 14-də azadlıqda olan keçmiş deputatın məhkəməyə verilməsi üçün həbs edilməsi barədə qərar çıxarılıb. O, mayın 15-də Daxili İşlər Polisinin Ərəbkir bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təqdim edilib.
Onun barəsində həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət verilib və vəsatət təmin edilib.
İstintaq davam edir.
Ağarza Elçinoğlu