Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də istefa verəcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni ekspert Artur Gevorqyan iddia edib.
"O, doğum günündə “Əziz insanlar, sizi o qədər sevirəm ki, ad günümdə xahişinizi yerinə yetirirəm” deyə növbəti manipulyasiya mətnlərini səsləndirəcək. Əlbəttə, bu, sadəcə proqnozdur, amma güman edirəm ki, impiçment əvəzinə Paşinyan özü istefa verəcək", - deyə politoloq açıqlayıb.
Onun sözlərinə görə, Paşinyanın ölkədən qaçmaq cəhdi daha da ciddi narazılıq dalğasına səbəb olacaq: "Ona görə də o, ictimaiyyətin gözündən yayınmağa çalışacaq, çünki nəticələr gözlənilməz ola bilər".
Ağarza Elçinoğlu