ABŞ Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan Henry Cuellar və həyat yoldaşı rüşvət ittihamı ilə həbs olunublar.
"Unikal" xəəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, 68 yaşlı Cuellar və onun həyat İmelda 2014-cü ildən 2021-ci ilə qədər ümumilikdə təxminən 600 min dollar rüşvət alıblar.
Onlar Hyustonda federal hakim qarşısında ilkin çıxış ediblər və hər biri 100.000 dollarlıq girovla azad ediliblər. Lakin cütlük təqsirli bilinərsə, onlar onilliklərə qədər həbs cəzası alacaqlar və əmlakları müsadirə olunacaq.
Konqresmenə rüşvət verməkdə şübhəli bilinən 67 yaşlı azərbaycanlı İradə Axundova Hyuston federal məhkəməsində ittiham olunub. Onun Cuellar və xanımına 300 min dollardan çox rüşvət verdiyi deyilir.
Axoundovanı 5 ilə qədər həbs gözləyir.
Cuellar azərbaycanlı xanımdan rüşvət aldığını və hər hansı qanun pozuntusunu təkzib edib.
Xatırladaq ki, Cuellar bir vaxtlar Konqresin Azərbaycan Qrupunun həmsədri olub.
İradə Axundova isə əvvəllər Hyuston-Bakı qardaşlaşmış şəhərlər assosiasiyasının prezidenti kimi çalışıb.
Seymur Əli