Son zamanlar xaos və zorakılığın davam etdiyi Liviyada 25 ton külçə qızılın qaçaqmalçılığı ölkədə çaşqınlıq yaradıb.

"Unikal" xəbər verir ki, Liviya Baş Prokurorluğu adını açıqlamadığı bəzi gömrük idarəsi məmurlarının 25 tondan çox külçə qızıl qaçaqmalçılığı iddiası ilə həbs edilməsinə qərar verib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən istintaq zamanı təqsirləndirilən şəxslərin başqalarının qanunsuz yolla maliyyə səmərəsi əldə etməsinə qəsdən töhfə verərək ölkə iqtisadiyyatına ciddi ziyan vurduqlarını göstərən sübutlar əldə edilib.

Həmçinin, saxlanılan şəxslərdən biri də Liviya Gömrük İdarəsinin baş direktoru, Misrata Hava Limanı Gömrük Mərkəzinin prezidenti və Qızıl İxrac Komitəsinin sədridir.