İspaniya Fələstin dövlətini rəsmən tanıyıb; müvafiq hökumət qərarı mayın 28-də qüvvəyə minəcək.

"Unikal" xəbər verir ki,  bu barədə İspaniyanın baş naziri Pedro Sançes məlumat yayıb. 

"Gələn çərşənbə axşamı, mayın 28-də İspaniya Nazirlər Şurasında Fələstin dövlətinin tanınmasını təsdiq edəcək", - siyasətçi İspaniya parlamentinin aşağı palatasında çıxışı zamanı deyib.

"Politico" qəzeti mayın 22-də yazıb ki, üç Avropa ölkəsi - Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq niyyətindədirlər.  Norveç hökuməti daha sonra mayın 28-dən etibarən Fələstin dövlətini tanıyan bəyanat yayıb .

Bu fonda İsrail növbəti məsləhətləşmələr üçün Norveç və İspaniyadakı səfirlərini geri çağırıb.

***10:46

Norveç Fələstini müstəqil dövlət kimi tanıyan 144-cü ölkə olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər  verir ki, baş nazir Jonas Gahr Store ölkəsinin Fələstin dövlətini tanıdığını açıqlayıb. 

Bununla bağlı qərar mayın 28-də qüvvəyə minəcək. 

Qeyd edək ki, Norveçlə yanaşı, İspaniyanın da Fələstini tanıdığını elan etməsi gözlənilir. 

Gülayə Mecid