Dünyanın ən etibarlı avtomobillərinin siyahısı məlum olub.

"Unikal" xəbər verir ki, reytinq "HotCars" portalı tərəfindən tərtib edilib. Buraya 805 min km-dən çox məsafə qət edə bilən avtomobillər daxildir.

Zirvəyə "Hyundai Elantra" başçılıq edir. Avtomobil 132 at gücü hasil edən 1,6 litrlik mühərriklə təchiz edilib. 1,6 milyon km-dən çox məsafə qət etməyə qadirdir. "Chevrolet Silverado" pikap maşını ikinci, "Ford Super Duty" isə üçüncü yeri tutub.

İlk beşlikdə "Toyota Tacoma"  və "Porsche 911" qərarlaşıb. 

Onların ardınca "Honda Accord", "Mercedes-Benz E-Class" və "Chevrolet Corvette" kimi modellər izləyir. Bir qədər zəif nəticələr "Volkswagen Golf", "Nissan Frontier", "Mazda MX-5" və "Ford Mustang" yer alıb. 

Gülayə Mecid