Çin Amerikanın 12 hərbi-sənaye şirkətinə, eləcə də on rəhbər işçisinə qarşı sanksiyalar elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlayıb. 

Bu qərara səbəb Tayvana silah satışı, eləcə də ABŞ-nin Rusiya ilə əlaqəli müəssisələrə qarşı tətbiq etdiyi sanksiyalara cavab vermək zərurəti olub.

XİN nümayəndələri qeyd ediblər ki, Vaşinqton uzun müddətdir ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyinə və roluna məhəl qoymayıb və qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edib, həmçinin Tayvanla silah müqavilələri ölkənin suverenliyinə xələl gətirir. Bütün bu şirkətlərin Çindəki daşınmaz əmlakı və digər aktivləri dondurulacaq.

Ağarza Elçinoğlu