Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində uşaq çadır şəhərciyini ildırım vurub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində 38 məktəbli xəstəxanaya yerləşdirilib. 

Qalan uşaqlar təcili olaraq təxliyə edilib. Ümumilikdə 62 nəfər yerində müayinə olunub, xəstəxanaya yerləşdirilənlərə lazımi tibbi yardım göstərilib, sonra ambulator müalicəyə göndərilib.