Ukrayna prezidenti Volodimir Zelenski Avstriya kansleri Karl Nehammerlə telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə Zelenskinin Telegram kanalında məlumat yayılıb.

Siyasətçinin sözlərinə görə, o, Nehammerə İsveçrədə keçirilən “sülh sammitini” dəstəklədiyinə və bu tədbirdə iştirakına, habelə Ukrayna ərazilərinin minalardan təmizlənməsində köməyə görə təşəkkür edib. Bundan əlavə, Zelenski kansler ilə Avstriya şirkətlərinin Ukraynanın bərpasında iştirakını müzakirə edib və müəyyən birgə fəaliyyətlərin əlaqələndirilməsini açıqlayıb.

Həmçinin mayın 22-də Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında sazişi müzakirə edib, üzərində işlər yekunlaşmaq üzrədir.