Azərbaycan Prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Unikal" xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 16.4-1-ci bəndi ləğv edilsin".

Fərmana əsasən, ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Belə ki, o, nazirliyin baş idarələrinin və idarələrinin rəislərini vəzifəyə təyin və azad edə biləcək. Əvvəllər bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.