ABŞ Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələr endirib.

"Unikal" xəbər verir ki, buu barədə CENTCOM məlumat yayıb. 

"ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə davam etmək qabiliyyətini zəiflətmək üçün İranın hərbi komandanlıq mərkəzlərini, dəniz obyektlərini, raket və pilotsuz təyyarə buraxıcılarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb", - məlumattda qeyd olunub. 

ABŞ ordusu qeyd edib ki, bu vacib beynəlxalq dəniz dəhlizi vasitəsilə kommersiya gəmilərinin tranziti davam edir. May ayının əvvəlindən bəri Mərkəzi Komandanlıq qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin tranzitini dəstəkləyib.