Aktrisa Pərvin Abiyev sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Unikal.org baku.ws-ə istinadən məlumat verir ki, aktrisanın bacısı ilə birgə çəkdirdiyi fotosu böyük marağa səbəb olub. Pərvin bacısı Nərminlə tamam fərqli insanlar olduğunu yazıb:
"Düşünürəm ki, bir çoxunuza maraqlı idi. Böyük bacım, Nərminim. Mən dəlidolu, çılğın, daha müasir, o isə mənim tam əksimdir. O, daha sakit, hər sözündə, baxışında məna olan, hər söhbətində öz şirinliyini göstərən bir insandır", - deyə Pərvin qeyd edib.