Türkiyədə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində 103 general və admiral saxlanılıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq 41 general haqqında artıq məhkəmə qərar çıxararaq onları həbsxanaya göndərib. Qalanlar haqqında da araşdırmalar davam edir. Onların arasında Hərbi Hava Qüvvətlərinin ordu generalı Akın Öztürk də var.
Onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozan təşəbbüs, zorakılıq və şiddət istifadə edərək, Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.