Türkiyədə baş verən məlum hadisələrə Bakıda fərqli reaksiyalar verilir. Türkiyəyə dəstək aksiyalarının ardınca Bakı şəhər sakini olan orta yaşlı kişi maraqlı addım atıb.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından avtosfer.az-a daxil olan məlumata görə, dünən üzərində qundağı kəsilmiş, eləcə də, optik nişangahla təchiz edilmiş tüfəng və bıçaq olan kişi Türkiyənin Bakıdakı səfirliyinin binasına yaxınlaşıb. O, polis əməkdaşlarına yaxınlaşaraq silahı və bıçağı göstərib, ardınca da "Türkiyədə döyüşməyə getmək istəyirəm, kimə müraciət edim" deyə, müraciət edib. Polis əməkdaşları dərhal həmin şəxsi saxlayaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil veriblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin psixoloji durumu normaldır. Sadəcə, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.